Sədərək, 2 iyun, AZəRTAC
Muxtar respublikanın iqtisadi potensialının güclənməsi bütün sahələrlə yanaşı, yerli özünüidarənin də inkişafına müsbət təsir göstərib. Yerli özünüidarəetmə orqanları tərəfindən qanunçuluğa ciddi əməl edilməsi qarşıda duran əsas vəzifələrdən biridir.
AZəRTAC xəbər verir ki, bu fikirlər Sədərək rayonunda “Bələdiyyə orqanlarında qanunçuluğa əməl olunması və qarşıda duran vəzifələr” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib.
Seminar-müşavirədə Sədərək Rayon icra Hakimiyyətinin başçısı Həbib ibrahimov rayonda bələdiyyələrin fəaliyyəti üçün yaradılan imkanlardan söz açıb, bu imkanlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin əliyev seminar-müşavirədə çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli nəticə verməsi istiqamətində işlər müntəzəm olaraq davam etdirilir. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində bütün bölgələrimiz kimi, Sədərək rayonunda da inzibati nəzarət qaydasında baxılan bələdiyyə aktlarının sayında artım müşahidə olunub. Bu sahədə hüquq pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılıb, bələdiyyələrə zəruri metodik köməklik göstərilib.
ədliyyə naziri bildirib ki, “Kənd təsərrüfatı ili”ndə bələdiyyələrin üzərinə də mühüm vəzifələr düşür. Bələdiyyələrin fəaliyyətinə diqqət yetirdikdə belə bir əminlik yaranır ki, bu il də rayon bələdiyyələri torpaqların icarəyə verilməsinə, icarə müqavilələrinin qanunamüvafiq qaydada bağlanmasına xüsusi diqqət yetirəcək, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsində fəal olacaqlar.